Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması Heydər Əliyevin adı ilə bağlıdır

Gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması Heydər Əliyevin adı ilə bağlıdır


Sabah Azərbaycanda Gənclər Günüdür. Günümüzdə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan gənclər üçün bu gün Ümummilli lider Heydər Əliyevdən ərmağan edilib.

Newscenter.az-ın xəbərinə görə, 2 Fevral-Gənclər Günü ərəfəsində Azərbaycan gənclərinin ictimai-siyasi həyatdakı rolunu yüksək dəyərləndirən Yeni Azərbayan Partiyasının fəalı Lalə Məmmədova deyib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri -Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, tarixi vərəqləsək görərik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai - siyasi hadisələr gəncləri nizamsız, pərakəndə topluma çevirməklə yanaşı, onlarda ciddi problemlər yaratmışdır:

"1993-cü ildə xalqımızın istəyi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü nəticəsində bu sahədə olan bütün problemlər aradan qalxdı. Belə ki , gəncliyin inkişafında yeni mərhələnin əsası qoyuldu və dövlət gənclər siyasəti nəticələr verməyə başladı. Çünki ümummilli liderin əsas məqsədi yeni nəslin fiziki mənəvi, psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi".

Anar Əliyev
Xəbəri paylaş