Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda baş nazir postuna ən ideal namizəd

Gürcüstanda baş nazir postuna ən ideal namizəd


İrakli Qaribaşvilinin gözlənilməz halda öz postundan istefa verməsi bir sıra sualların meydana çıxmasına səbəb olub. Əsas suallardan da biri ondan ibarətdir ki, bundan sonar Gürcüstanda hökumətə kim rəhbərlik edəcək.

Newscenter.az-ın xəbərinə görə, Gürcüstanda cərəyan edən prosesləri şərh edən politoloq Yusif Bağırzadə deyib ki, İrakli Kobaxidze Gürcüstanın baş naziri postuna ən ideal namizəddir. Yusif Bağırzadənin sözlərinə görə, Kobaxidze fəlsəfə doktorluğunu Düsseldorf Universitetində alıb, Avropa Şurasının Gürcüstandakı Ofisində strateji planlaşdırma məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib:

“Həmçinin, Açıq Cəmiyyət - Gürcüstan Fondunda insan hüquqları və qanunun aliliyi üzrə ekspertlər komitəsinin üzvü olub. Yəni, başqa sözlə həm Avropa qurumları, həm də ABŞ-la əlaqələri olan biridir. Onun baş nazirliyi Qərbdə Gürcstana etimadın artması baxımından daha məqsədəuyğun idi”.

Politoloq deyib ki, Qaribaşvili isə böyük ölçüdə hakimiyyət üzərində nəzarəti onsuz da əlində saxlayacaq:

“Hakim partiyanın sədri olaraq kənardan da olsa ölkənin idarəedilməsində iştirak edəcək”.

Süleyman
Xəbəri paylaş