Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həyatın mənası bitib-tükənməyən arzulardadır

Həyatın mənası bitib-tükənməyən arzulardadır


"Həyatda cismani yaşamaq tam yaşamaq deyil. Onu mükəmməl yaşamaq əsl yaşamaqdır. Həyatı qayğısı, zəhməti, əziyyəti, sevinci, kədəri, hüznü, rahatlığı ilə azı-çoxu, işığı, qaranlığı ilə yaşamaq əsl yaşamaqdır. Mənalı həyat deyərkən onu dolğun bir həyat kimi dərk edirəm".

Newscenter.az xəbər verir ki, bunu hüquqşünas Əli İbrahimov səsləndirib. O deyib ki, həyat sənin baxışında məna qazanar; ya təkcə bir nöqtəni görərsən, həyatın axıb gedər, sən fərqinə varmazsan:

"Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan axıb gedən zaman məna qazanar. Hər bir insanın fərqli baxış bucağı olduğu üçün o, həyatın mənasını da müxtəlif cür dərk edir. Kimi həyatın mənasını sevdiklərində və sahib olduğu hər bir şeydə görür. Kimi düşünür ki, hər şeyə olan sevgi onun həyatının mənasıdır. Kimisi fikirləşir ki, həyatın mənası - enişli-yoxuşlu, bəzən güldürən, bəzən ağladan, bəzən sərt, bəzən şirin, bəzən acı, bəzən udan, bəzən uduzan, bəzən mübarizə aparan, bəzən məğlub olan, bəzən də dəniz kimi coşqulu olmasındadır".

Əli İbrahimov deyib ki, kimi həyatın mənasını sevdiklərinin əhatəsində olmasında, kimi vardövlətdə, kimi ali təhsil alıb vətəninə, xalqına xidmətdə və s. görür:

"Məncə həyatın mənası bitib-tükənməyən arzulardadır, həyat eşqi, həyat sevgisindədir. Mənim arzularım Xalqıma, vətənimə sağlam nəslin yetişməsində vicdanla xidmət etmək. Bütün bunları həyata keçirmək üçün yüksək elmə, savada yiyələnməli, çox çalışmalı, zəhmət çəkməliyəm. Çünki «Meyvə barı ilə tanınar, insan əməlləri ilə.» Əsrlər və minilliklər keçir insan yaşam tərzini, təcrübəsini artınr, kamilləşir. O zaman insan həyatının mənasını bir daha dərk edir. Həyatın mənasını dərk edən insanın həyat tərzi də gözəl və mənalı olur".

Anar Əliyev
Xəbəri paylaş