Son 20 il ərzində ölkədə sərnişin qatarlarının yenilənməsi, sərnişin daşıma xidmətlərində müasir texnologiyalardan istifadə dəmir yolu nəqliyyatı ilə sərnişin daşımalarını inkişaf etdirib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dəmir Yolları yayıb. Bildirilib ki, son 20 il ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınmasında 51% artım qeydə alınıb.
ADY-nin şəhərətrafı və ölkədaxili marşrutları üzrə 2023-cü ildə rekord sayda - 7 milyon sərnişin daşınıb. Keçən il 95 faiz şəhərətrafı, 5 faiz isə ölkədaxili daşımalar həyata keçirilib.
Süleyman