Keçən il kənd təsərrüfatı qida və içki sektorunda 26,49 milyard dollarlıq ixracat həyata keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Qida və İçki Sənayesi Dərnəkləri Federasiyası (TGDF) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, kənd təsərrüfatı, qida və içki sektorunda ixracatda 2023-cü ildə 2022-ci ilə nisbətən 4,92 artım qeydə alınıb.
2023-cü ilin dekabr ayında isə kənd təsərrüfatı, qida və içki sektorunun ixracı əvvəlki ilin eyni ayına görə 1,58 faiz artaraq 2,65 milyard dollara, idxalı isə yüzdə 20,2 azalaraq 1,44 milyard dollara çatıb. Qeyd edilən dövrdə mal-qara idxalı 638,3 faiz, buğda idxalı 4,5 faiz artdığı halda, xam günəbaxan yağı 13,2 faiz azalıb.
Natiq Orucov