Nazirlər Kabineti “Dəmiryol keçidlərinin istismarı Qaydaları”nı təsdiq edib.
Newscenter.az xəbər verir ki, qaydalara əsasən, dəmiryol keçidlərini təhlükəsiz istismar etmək üçün sürücü və sərnişinlər yalnız qatara yol verməklə dəmiryol keçidlərindən keçə bilər.
Dəmiryol keçidlərindən keçərkən yol nişanları, işıqforlar, nişanlama xətləri, şlaqbaumun vəziyyəti və keçid növbətçisinin göstərişlərini əsas tutmalıdır.
Bundan başqa, keçidlərdə yaxınlaşan qatarın olmadığını yəqin etməli, “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş tələblərə riayət etməlidir.
ADY dəmiryol keçidlərindən istifadə edən hər kəsi bu qaydalara əməl etməyə çağırır.
Süleyman