Növbədənkənar prezident seçkilərinə sayılı günlər qalır. Bir neçə gündən sonra, daha dəqiq desək fevarlın 7-də Azərbaycan seçicisi səsvermə məntəqələrinə gedərək növbəti müddətə öz prezidentini seçəcək, ona etimadınl nümayiş etdirəcək.
Hələ prezident seçkilərinə start veriləndən, eləcə də namizədliklərin irəli sürülüb qeydə alınmasından xalqın şüurunda bir fikir hakim olub. Seçkilərin favoriti və qalibi hazırkı dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdir. Niyə İlham Əliyev? İlham Əliyevi seçkilərin favoriti və qalibi etmısini şərtləndirən başlıca amillər hansılardır? Qısaca olaraq həmin amillərə nəzər yetirək.
Siyasi təcrübə
Cənab İlham Əliyev təkcə Azərbaycan deyil, dünya siyasətində ad çıxarmış, tarixə düşmüş ümummilli lider Heydər Əliyevin övladı kimi gözünü açandan demək olar ki, məhz bu siyasi mühitlə əhatə olunmuş, siyasət, siyasi proseslər İlham Əliyevin canına, qanına hopmuşdur. Heydər Əliyev siyasi tərbiyəsi, təcrübəsi görən bir şəxsin də məhz Onun kimi uzaqgörən, qətiyyətli, bacarıqlı siyasi liderə çevrilməməsi mümkünsüz idi. İlham Əliyev Heydər Əliyevin ailəsində təkcə ümummilli liderin siyasətini öyrənib, bir övlad kimi onun siyasətini mənimsəmirdi, eyni zamanda ulu öndərin digər sahələrdə də şahmat gedişini xatırladan strategiyasından bir növ dərs alırdı. Məhz bu siyasi təcrübə, onu zamanla doğrultmaq və Heydər Əliyev kursunu davam etdirmək səriştəsi nəticəsində ümummilli lider 2003-cü ildə xalqın ürəyindən gələn bir seçim etdi. Həmin ilin oktyabrında keçirilən prezident seçkilərində xalqı özü qədər inandığı birinə, İlham Əliyevə səs verməyə səslədi. Beləliklə, xalq öz liderinə sadiqlik nümayiş etdirib Ulu Öndərin seçiminə, İlham Əliyev şəxsiyyətinə səs verdi. Çünki Azərbaycan xalqı gözəl bilirdi ki, Heydər Əliyev həyatda heç vaxt yalnış seçim etməyib. Həm də Heydər Əliyevin seçiminə hörmətlə yanaşıb, Onun irəli sürdüyü namizədə etimad göstərmək Azərbaycan vətəndaşlarının bir vəfa borcu, mənəvi öhdəliyi sayıla bilərdi.
Çünki, məhz Heydər Əliyev Azərbaycanı parçalanmadan, müstəqilliyinə yenicə qovuşmuş bir ölkəni məhv olmaqdan xilas etmişdi. Əgər 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi bu günkü Azərbaycan haqqında danışmaq bəlkə də mümkünsüz olardı.
Çünki, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 90-cı illərin əvəllərində cəbhədə atəşkəs rejiminə nail olunmasaydı Azərbaycan Ordusunun güclənib inkişaf etməsi, maddi-texniki bazasını möhkəmləndirib 30 ildən sonra ərazilərini işğaldan azad etməsi mümkün olmazdı.
Çünki, Heydər Əliyevin sayəsində “Əsrin müqaviləsi” imzalanmasaydı Azərbaycan iqtisadi baxımdan inkişaf edib əksər sosial problemləri həll etməz, ölkənin iqtisadi inkişafına nail olmazdı.
Düzgün idarəçilik
Təbii ki, bütün bunlara məhz düzgün idarəçilik nəticəsində nail olmaq mümkün idi. Və Heydər Əliyev də 2003-cü ildə tam doğru, düzgün seçim etmişdi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev 2003-cü ildən həyata keçirdiyi məhz düzgün idarəçilik sayəsində bu gün əldə etdiklərimizə nail oldu. Neft ixrac edən əksər ölkələr aclıq, səfalət içərisində yaşadığı halda, Azərbaycanda bunun tam əksi baç verdi. “Neft xalqın sərvətidir” tarixi tezisindən irəli gələrək İlham Əliyev neftdən gələn gəlirlərin xalqın rifah halının yaxşılaşdırılmasına yönəltdi. Əzab, çətinliklər, dözülməz şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin mənzil şəraiti məhz neft gəlirləri hesabına yaxşılaşdırıldı. MDB ölkələri içərisində yoxsulluq həddinə görə, ilk yerləri bölüşdürən Azərbaycan qsa müddətdə məhz neft gəlirləri hesabına inkişaf etdi, vətəndaşlarının sosial rifah halı yüksəldi. Bütün bunları əslində Cənab İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən xalqa vəd etmişdi və zaman-zaman vədinə sadiqliyini nümayiş etdirirdi.
Vədinə sadiqlik
Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 2003-cü ildə andiçmə mərasimi zamanı verdiyi vədləri mərhələ-mərhələ reallaşdırırdı. 20 il əvvəl çoxları üçün xəyal hesab olunan 600 min yeni iş yerinin açılmasını təmin etməklə İlham Əliyev xəyalları gerçəkləşdirən bir lider olduğunu sübuta yetirdi.
Təkcə 10 milyon deyil, dünyanın dörd bir yanında yaşayan 50 milyon azərbaycanlının prezidenti olduğunu vəd edən İlham Əliyev əməli ilə bunu sübut etdi. Məhz bunun göstəricisi və İlham Əliyevin dünya azərbaycanlılarının liderinıə çevrilməsinin göstəricisi idi ki, Güney Azərbaycanda yaşayan soydaşlarımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan və onun müzəffər ordusu, Azərbaycan xalqının yanında yer aldı. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımız, azərbaycanlıların qəlbi 44 gün ərzində Azərbaycan lideri, Azərbaycan xalqı, Azərbaycan Ordusu ilə döyündü. Onu da qeyd etmək lazımdır ki, 44 günlük müharibədə tarixi zəfərimizi şərtləndirən başlıca amillərdən biri də İlham Əliyevin yenilməz sərkərdəlik bacarığı idi. İlham Əliyev həm prezident, həm də Ali Baş Komandan, sərkərdə kimi torpaqlarımızın işğaldan azad ediləcəyi vədini vermişdi və o vədi də yüksək peşəkarlıq, ustalıqla həyata keçirdi.
Sərkərdəlik bacarığı
44 günlük Vətən müharibəsində tarixi zəfərimizi şərtləndirən başlıca amil məhz Cənab İlham Əliyevin sərkərdəlik bacarığı idi. İlham Əliyev bu tarixi zəfərə nail olmaq üçün 20 ilə yaxın bir müddətdə səbrlə, təmkinlə, eyni zamanda diplomatik və hərbi sahədə atmış olduğu uğurlu addımları ilə nail oldu. İldən-ilə ölkənin hərbi qüdrətini, ördumuzun maddi-texniki bazasını gücləndirdi, yeni silahların alınması ilə Azərbaycan Ordusunun adını təkcə regionun deyil, dünyanın ən güclü orduları sırasına yazdı. “Mən nəyi, nə zaman edəcəyimi yaxşı bilirəm” deyən Cənab İlham Əliyev doğurdan da hansı addımı, hansı situasiyada atmalı olduğunu gözəl bilirdi.
Ali Baş Komandan yaratmış olduğu güclü ordu ilə Vətən müharibəsindən bir neçə il əvvəl də torpaqlarımızın işğaldan azad olunması əməliyyatına başlaya bilərdi. Lakin Ali Baş Komandan bu yalnış addımı atmadı. Çünki ilk növbədə beynəlxalq aləmi də buna hazır etmək lazım idi. İlham Əliyev planlı şəkildə ordumuzu gücləndirməklə Ermənistanda qıcıq yaradır, onu yeni bir təcavüzə cəlb edirdi. Müdrik sərkərdə gözəl bilirdi ki, Ermənistanın növbəti təcavüzü onun üçün baha başa gələcək. Çünki bu dəfə erməni ordusu “Dəmir Yumruq”la qarşılaşacaq. Məhz belə də oldu. 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycana qarşı yeni təcavüzkarlıq siyasəti ilə hücuma keçən Ermənistan ordusu “Dəmir yumruq”la darmadağın edildi, Ermənistan dövləti isə kapitulyasiyaya məcbur oldu. Bununla da Ali Baş Komandan müdrik sərkərdəliyi ilə xəyallarımızı gerçəyə çevirdi, 30 ilə yaxın işğal altında qalan ərazilərimizi öz doğma sakinlərinə qovuşdurdu. Xankəndidə bayrağımızı dalğalandırmaqla ərazi bütövlüyümüzü tam mənada bərpa etdi, “Böyük Ermənistan” ideyasına son qoydu.
Müzəffər Ali Baş Komandan prosesləri zaman baxımından elə tənzimlədi ki, zaman və şərait tam bizim xeyrimizə oldu. Əgər Cənab İlham Əliyev ordu quruculuğunu möhkəmləndirərək Ermənistanda qıcıq yaradıb onu 2020-cii ilin sentyabrında yenu müharibəyə təhrik etməsəydi, o zaman bəlkə də proseslər günümüzdəki kimi inkişaf etməzdi. Yaxud Azərbaycan müharibədə istədiyi nəticəni əldə edə bilməzdi.
Hər bir vətəndaşın prezidenti
Cənab İlham Əliyevin günümüzün siyasi liderlərindən üstün cəhətlərindən biri də ondan ibarətdir ki, İlham Əliyev ötən 20 ildə hər bir vətəndaşın prezidenti ola bilib. Hələ 2003-cü ildə ilk dəfə respublika prezidenti seçilən zaman “Mən hər bir vətəndaşın prezidenti olacam” deyən İlham Əliyev ötən 20 il ərzində öz əməli ilə bunu təsdiq edib. Dövlət başçısı vətəndaşa, Azərbaycan insanına münasibətində siyasi baxışları əsas götürməyib. İlham Əliyev iqtidar, yaxud müxalifətdə olmasından asılı olmayaraq 20 il ərzində hər bir vətəndaşın prezidenti olmağı bacarıb. Ona qarşı ən qatı müxalif mövqedə dayanan şəxsləri azad edib, Onu hakimiyyətdən devirməyə çalışanların dəfn mərasimlərinin ən yüksək səviyyədə təşkilinə göstərişlər verib. Sənkərdə əsgərinin, təbii fəlakət zamanında zərərçəkmiş insanının, Vətən müharibəsində düşmən gülləsinə tuş gəlmiş qazisinin, torpaqlarımızı düşmən işğalından azad edərək şəhidlik zirvəsinə qovuşan həmvətənlərimizin yadigarlarının, valideynlərinin yanında olub, hər birinin dərdini öz dərdi bilib. Məhz bu üstün xüsusiyyətlərinə görə İlham Əliyev Azərbaycan xalqının liderinə çevrilə bildi. Bu gün davam edən növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində keçirdiyimiz görüşlərdə bir mənzərə aydın şəkildə görünür, ölkənin yeganə lideri Cənab İlham Əliyevdir. Bunu təkcə İlham Əliyevə rəğbəti olan, onu sevənlər deyil, hətta Cənab Prezidentin opponentləri də açıq şəkildə etiraf edirlər.
İqtisadi inkişaf, sosial rifah
İlham Əliyevin 20 illik hakimiyyəti dövrünün əsas prioritet istiqamətlərindən biri də iqtisadi inkişaf və sosial rifah olub. Bu illər ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etdi. Dünyanı qlobal maliyyə böhranı bürüyən ərəfədə belə Azərbaycan iqtisadiyyatı bundan ciddi ziyan görmədi. Halbuki, dünyanın əksər ölkələrinin iqtisadiyyatı kəskin dərəcədə zəiflədi. Ancaq İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu iqtisadi və sosial siyasət ölkəmizi ciddi risklərdən uzaq tutdu. Məhz bütün bunların nəticəsi idi ki, keçən il də ümumi daxili məhsul istehsalında artım qeydə alındı. Bu dövrdə iqtisadiyyatın əsas inkişaf sütunu qeyri-neft-qaz sektorunda istehsal 9,2 faiz artıb. Azərbaycanın iqtisadi-ticari potensialı da əhəmiyyətli dərəcədə möhkənlənib və xarici ticarətin həcmi 49,2 milyard dollar olub ki, bunun da 36,4 milyard dolları ixrac, 12,8 milyard dolları idxaldır.
Ümumiyyıtlə, Azərbaycanın ədalət və rifah prinsiplərinə əsaslanan sosial siyasət modeli də uğurlu və nümunəvi olması ilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin də əsas başlıca hədəfi insanların sosial rifahının yaxşılaşdırılmasıdır. Ötən il bu istiqamətdə yürdülən siyasət nəticəsində əhatəli sosial müdafiə tədbirlərini həyata keçirib və əhalinin sosial rifah halı daha da yaxşılaşıb. Ölkədə minimum əmək haqqqının 300 manatdan 345 manata qaldırılması, minimum pensiya məbləğinin 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması bir daha təsdiqləyir ki, Azərbaycanın sosial dövlət modeli nümunəvi və uğurludur.
Xalqın doğru seçimi
Azərbaycan xalqı daim yaxşı ilə pisi, ağla qaranı ayırd edə, onlar arasında doğru-düzgün seçim edə bilib. Azərbaycan xalqı 1993-cü ildə doğru seçim edib ümummilli lider Heydər Əliyevi ikinci dəfə siyasi hakimiyyətə dəvət edib onu yenidən prezident seçməsəydi tarixi şansını itirmiş olacaqdı. 1993-cü ilin iyununda sanki tanrı Azərbaycan xalqı üçün bir imtahan, seçim təşkil etmişdi. Ya bu imtahandan, seçimdən öz iradəsinə uyğun keçməli, ya da kənar qüvvələrin təsir seçim imkanını birdəfəlik itirməli idi. Böhranlı, çətin vəziyyətlərdən uğurla, doğru-düzgün seçimlə çıxmağı bacaran Azərbaycan xalqı 1993-cü ildə Heydər Əliyevi prezident seçməklə öz gələcəyini, inkişaf yolunu seçmiş oldu. Sonrakı illərdə Azərbaycanın qazandığı nailiyyətlər, inkişaf və tərəqqi əldə edilməsi xalqın yalnış seçim etmədiyini təsdiqlədi.
İkinci dəfə isə 2003-cü ildə xalq öz doğru, düzgün seçimini etməklə ölkənin idarəçilik sükanını Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevə həvalə etdi.
Qalib lider
Bu gün Qalib Lider növbəti qalibiyyət ərəfəsindədir. Söhbət fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkilərindən gedir. İki həftədən artıqdır davam edən seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində keçirilən görüşlər, seçicilər ilə təmaslar onu deməyə əsas verir ki, xalq arasında seçkiyə böyük maraq var, Azərbaycan seçicisi növbədənkənar prezident seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. 6 milyon 300 min seçicinin səsvermə prosesində fəal iştirak edəcəyinə heç bir şübhə yoxdur. Əminliklə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti və xalqını qalib edən Cənab İlham Əliyevi də məhz Azərbaycan xalqı 7 fevralda Qalib edəcək. Və Azərbaycan dövləti, Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha neçə-neçə belə qalibiyyətlərə, zəfərlərə imza atacaq.
Arzuman Muradlı-“Milli İnkişaf” İctimai Birliyinin sədri