Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaribaşvilinin istefası Rusiyanın təzyiqlərindən yayınmağa hesablanıb:

Qaribaşvilinin istefası Rusiyanın təzyiqlərindən yayınmağa hesablanıb:


"Deyilənlər sadəcə fərziyyələrdir və mən Qaribaşvilinin istefasının Azərbaycanla bağlı olduğunu düşünmürəm".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə Gürcüstanın baş nazirinin qəfil istefasına Azərbaycan amilinin səbəb olması barədə yayılan iddiaları şərh edərkən deyib. Politoloqun sözlərinə görə, onun istefası daha çox Rusiyanın təzyiqlərindən yayınmağa hesablanıb:

"Məlumdur ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusunu, Avropa İttifaqı ilə vizasız rejiminin tətbiqi ilə bağlı üstünlükləri məhz Qaribaşvilinin baş nazirliyi dönəmində əldə edib. Bununla bağlı Gürcüstan üzərinə bir xeyli öhdəliklər götürüb və Qaribaşvili hökuməti də bu öhdəlikləri icra etmək məcburiyyətindədir. Bu isə təbii olaraq rəsmi Kremlin maraqlarına ziddir və bununla bağlı Qaribaşviliyə təzyiq edilməsi ehtimalı da kifayət qədər yüksəkdir".

Yusif Bağırzadə hesab edir ki, məhz bu təzyqilərdən yayınmaq və o cümlədən də Qərbin Gürcüstanla bağlı daha real addımlar atmasını təmin etmək üçün Qərblə daha yaxşı əlaqələrə malik birinin bu mərhələdə baş nazir olması lazımdır.

Süleyman
Xəbəri paylaş