Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan-Qırğızıstan sərhədində əlavə keçid məntəqələri yaradılacaq

Qazaxıstan-Qırğızıstan sərhədində əlavə keçid məntəqələri yaradılacaq


Qazaxıstan-Qırğızıstan sərhədində yük avtomobillərinin keçidi üçün əlavə tranzit məntəqəsinin açılması nəzərdə tutulur.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məsələ Qazaxıstanın Baş naziri Əlixan Smayilov ilə Qırğızıstan Prezidenti Administrasiyasının rəhbəri Akılbek Japarov arasında keçirilən görüşdə müzakirə olunub.

Görüş zamanı Əlixan Smayılov bildirib ki, Qırğızıstan Qazaxıstan üçün strateji tərəfdaş və qardaş dövlətdir.

"Liderlərimizin siyasi iradəsi sayəsində Qazaxıstan-Qırğızıstan münasibətləri bu gün keyfiyyətcə yeni müstəviyə keçir", - baş nazir bildirib.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın geniş spektrini, o cümlədən ticarət-iqtisadi və neft-qaz sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş