“Təhsil ictimaiyyəti Azərbaycanın davamlı inkişaf və tərəqqisi, daha da güclənməsi və yeni uğurlara imza atması üçün 7 fevral seçkilərini vacib sayır. Buna görə hər bir vətəndaş kimi, təhsil ictimaiyyətinin nümayəndələri də prezident seçkilərinə fəal şəkildə hazırlaşır”.
Newscenter.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli deyib.
İctimai birlik sədri bildirib ki, paytaxt və regionlarda keçirilən görüşlər təhsil ictimaiyyətinin seçkilərə böyük marağının olduğunu deməyə əsas verir: “Əminliklə deyə bilərik ki, 7 fevralda keçiriləcək prezident seçkilərində təhsil ictimaiyyətinin nümayəndələri yüksək fəallıq nümayiş etdirəcək”.