"Prezident seçkilərində təbliğat mərhələsinin bitməsinə günlər qalsa da seçki platformamızı seçicilərə çatdırmaq üçün görüş və təbliğatlarımızı davam etdiririk. Həm İctimai kanalda namizədlərə ayrılan vaxt müddəti çərçivəsində, həm də Bakı və regionlarda təbliğatımız davam edir. Mətbuat və sosial media vasitəsi ilə də platformamızı seçicilərə çatdırırıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkili Azər Qasımov səsləndirib. O, hesab edirəm ki, seçicilərin böyük əksəriyyəti onların namizədi Qüdrət Həsənquliyevin seçki platforması ilə tanış olub:
"Aldığımız mesaj və müşahidələrdən də görürük ki, seçki platformamızı seçicilər müsbət qarşılayırlar. Təbii ki, daha çox iş görmək olardı, amma bu müddət ərzində mümkün olan bütün vasitələrdən istifadə etmişik. ATƏT-in nümayəndələri ilə görüşdən tutmuş, Rusiya müşahidə qrupunun üzvləri, QHT, vətəndaş cəmiyyəti qruplarının üzvləri ilə görüşlərə kimi bir sıra görüşlər keçirmişik".
Azər Qasımov deyib ki, reallıqları da nəzərə alıb seçki kampaniyası dövründə seçicilərə bir çox məsələlər üzrə
fikirlərini bildiriblər:
"Artıq nəticəni seçicilər müəyyən edəcək".
Süleyman