Tacikistan neftə olan tələbatını Rusiyanın hesabına qarşılayır.
Newscenter.az "Sputnik Tacikistan"a istinadən xəbər verir ki, bunu energetika və su ehtiyatları naziri Daler Cuma deyib.
O bildirib ki, 2023-cü ildə Tacikistana yanacağın əsas idxalçısı ümumi həcmin 896 min tondan çoxunu təşkil edən Rusiya Federasiyası olub:
"Bu dövrdə respublika xaricdən 1 milyon 413 min ton neft məhsulları alıb. Bu dövrdə ölkəyə maye neft və qaz idxalı göstəriciləri 2022-ci illə müqayisədə 164 min tondan çox olub".
Nazir deyib ki, keçən il Rusiyadan 342,6 min ton avtomobil yanacağı, 382,8 ton dizel yanacağı, 35,6 ton təyyarə yanacağı, 79,8 min ton maye qaz və digər neft məhsulları idxal edilib.
Natiq Orucov