Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dövlətləri Təşkilatı ölkələrinə ixrac 6,8 milyard dollara yüksəlib

Türk Dövlətləri Təşkilatı ölkələrinə ixrac 6,8 milyard dollara yüksəlib


Türkiyədən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə ixracın həcmi artıb.

Newscenter.az Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən bildirir ki, 2023-cü ildə təşkilata üzv ölkələrə ixracat 6 milyard 831 milyon dollar təşkil edib. Bu da 2022-ci ilə nisbətən 14,2 faiz artım deməkdir.

Məlumatda bildirilib ki, son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarət dövriyyəsində də böyük artım müşahidə edilib. Belə ki, üzv ölkələr arasında ticarət dövriyyəsi 2022-ci ildəki 33 milyard dollardan 2023-cü ildə 42 milyard dollara yüksəlib.

Qeyd edilən dövr ərzində Türkiyədən TDT ölkələri arasında ən çox ixrac Azərbaycana olub. Azərbaycana ixracatın həcmi 2,4 milyard dollar təşkil edib. Onu 1,7 milyard dollarla Qazaxıstan, 1,6 milyard dollarla Özbəkistan və 1 milyard dollarla Qırğızıstan izləyib.

Natiq Orucov
Xəbəri paylaş