Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə gündə 200 maşın qar daşınır

Türkiyədə gündə 200 maşın qar daşınır


Türkiyədə qarlı və şaxtalı hava daha çox ölkənin Bitlis vilayətinə ciddi təsir göstərib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Bitlisdə gün ərzində 200 yük maşını qar şəhər mərkəzindən ətraf ərazilərə daşınır.

Bitlis Bələdiyyəsi qrupları vətəndaşların zərər çəkməməsi üçün küçələrdə, prospektlər və səkilərdə, məktəb bağçalarında və dayanacaqlarda 40 avtomobil və 80 personal ilə qar təmizləmə işlərini davam etdirir.

Qar müəyyən nöqtələrdə toplanır və yük maşınları ilə şəhərin mərkəzindən çıxarılır.

Bitlis Bələdiyyəsi indiyə qədər vilayətə 3 metr 20 santimetr hündürlüyündə qar yağdığını açıqlayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş