Fevralın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yaradılmış “Mənim Səsim” Seçki Monitorinq Koalisiyasının nümayəndələrini qəbul edib.
Newscenter.az xəbər verir ki, Koalisiyanın həmtəsisçiləri – “D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri Səadət Bənənyarlı, həmçinin ekspertlər – sosioloq Əhməd Qəşəmoğlu və politoloq Adəm İsmayıl Bakuvi fevralın 7-də keçiriləcək prezident seçkilərinə ölkəmizdə və beynəlxalq müstəvidə böyük maraq olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, koalisiya prezident seçkiləri kampaniyasının gedişini paytaxtla yanaşı, bölgələrdə də yaxından izləyir. Sonra koalisiya tərəfindən indiyədək görülmüş işlər və yekun hesabat tərtib olunana qədər nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərinin Azərbaycan xalqı və dövləti üçün çox mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Seçki kampaniyasının uğurla davam etdiyini söyləyən Tahir Budaqov vurğulayıb ki, ölkəmizdə seçkilərin azad, şəffaf və demokratik qaydada keçirilməsi üçün bütün şərait mövcuddur.
Daha sonra koalisiya nümayəndələrininin sualları cavablandırılıb.
Süleyman