Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Sədrinin müavini Tahir Budaqov “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrlərini qəbul edib

YAP Sədrinin müavini Tahir Budaqov “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrlərini qəbul edib


Fevralın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində müşahidəçilik fəaliyyətini həyata keçirən “Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrlərini qəbul edib.

Newscenter.az xəbər verir ki, görüş zamanı həmsədrlər – “Müstəqil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Aydın Kərimov, “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli və “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli koalisiyanın seçki kampaniyası müddətində həyata keçirilmiş və səsvermə günü də daxil olmaqla qarşıdakı dövr üçün planlaşdırılan fəaliyyəti barədə məlumat veriblər.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov fevralın 7-də keçiriləcək prezident seçkilərinin önəmini diqqətə çatdırıb. Seçki kampaniyasının yüksək səviyyədə həyata keçirildiyini vurğulayan Tahir Budaqov vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakının Azərbaycanda demokratik mühitin bariz nümunəsi olduğunu söyləyib.

Sonra seçki kampaniyası ilə bağlı koalisiya nümayəndələrinin sualları cavablandırılıb.

Süleyman
Xəbəri paylaş