Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gəncləri hər zaman ölkənin icimai-siyasi həyatında fəal olub

Azərbaycan gəncləri hər zaman ölkənin icimai-siyasi həyatında fəal olub


“Azərbaycan gəncləri hər zaman ölkənin icimai-siyasi həyatında fəal olub, dövlətçilik, milli maraqları hər şeydən üstün tutub. Bu gün də gənclərimiz eyni fikir və düşüncələrin daşıyıcılarıdır”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı 2 fevral-Gənclər Günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. Ölkədə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini deyən ictimai birlik sədri bildirib ki, gənclər də öz növbəsində bu siyasətə sadiq olaraq ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar:

“Bu mənada gənclərimizin seçki fəallığı xüsusi qeyd edilməlidir. 7 fevral tarixində ölkədə baş tutacaq növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində keçirdiyimiz görüşlərdə də bunun əyani şahidi olduq ki, gənclər seçkiyə böyük həvəslə gedirlər”.

Arzuman Muradlı deyib ki, Azərbaycan gənci 44 günlük Vətən müharibəsində də böyük şücaət və qəhrəmanlıq nümayiş etdirərək ərazilərimizi işğaldan azad etdi:

“Bu gün Azərbaycan gənci dövlətə, Vətənə sadiq, vətənpərvər ruhda böyüyür, tərbiyə alır. Dövlət də öz növbəsində gənclərimizin milli ruhda, vətənpərvər ruhda böyüməsi, tərbiyə alması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir”.

Süleyman

Xəbəri paylaş