Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ən böyük sərvəti onun gəncləridir

Azərbaycanın ən böyük sərvəti onun gəncləridir


Bu gün Gənclər Günüdür. Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan gənclərə bu gün ümummilli lider Heydər Əliyev tərəfindən ərməğan edilib

Newscenter.az-ın xəbərinə görə, 2 fevral Gənclər Gününün əhəmiyyətindən danışan Milli Məclisin deputatı Əli Məsimli deyib ki, Azərbaycanın ən böyük sərvəti-neft. qaz, qızıl, gümüş və sair yox, qalıb azərbaycan xalqı və onun ən mütəşəkkil, ən mübariz, ən parlaq hissəsi olan gənclərdir:

"44 günlük Vətən Müharibəsi intelektual müharibə olmaqla yanaşı, həm də gəncliyimizin intelekti ilə vətənpərvərliyin effektiv kombinasinın nələrə qadir olduğunu ortaya qoydu. Bu müharibədəki şanlı qələbəmizin məntiqi diqtə edir ki, qələbəmizi qoruyub saxlamaq və inkişaf etdirməkdən ötrü postmüharibə mərhələsində də biz bütün sahələrdə-iqtisadiyyatda, elmdə, təhsildə və digər sahələrdə rəqabət qabiliyyətli olmalıyıq. Bu yükün əsas hissəsini daha çox vətənpərvər, intellektli, istedadlı, eyni zamanda həm də müasir təfəkkürə malik sağlam düşüncəli, demokratik ruhlu şəxsiyyət kimi formalaşmış gənclərimiz daşıya bilər. Azərbaycanın gələcəyi daha çox həmin keyfiyyətlərə malik bütün şəraitlərdə insan kimi qalmağı bacaran, mübariz gənclərimizlə bağlıdır".

Deputat daha sonra deyib:

"Bu əlamətdar gün münasibətilə qalib xalqın gənclərini və özünü gənc hesab edən hər kəsi ürəkdən təbrik edirəm! Hər zaman canınız sağ, işləriniz avand, həyatınız xoş, parlaq, mənalı, bir sözlə həyatda yaxşı nə varsa, nsibiniz olsun!!!. Gənclər Gününüz mübarək olsun".

Süleyman
Xəbəri paylaş