Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Gəncliyi hər zamankı kimi qürurlu və məğrurdur

Azərbaycan Gəncliyi hər zamankı kimi qürurlu və məğrurdur


Bu gün Azərbaycan Gəncliyi hər zamankı kimi qürurlu və məğrurdur. Çünki, biz gənclər hər an hədəfimizə nail olmaq üçün gecə-gündüz bilmədən, çətin-asan düşünmədən, mümkün və ya mümkünsüz olduğunu nəzərə almadan xəyyalarımızı gerçəkləşdirən qüvvəyik. Ali Baş Komandanmızın bir əmri ilə əksəriyyəti gənc olan şəhidlər, qazilər, igid əsgərlər sayəsində hər kəs üçün "yuxu" olan Qarabağımız yenidən bizə bəxş edildi.

Lakin, qələbə və qalibiyyət biz gənclərin üzərinə daha məsuliyyətli missiyalar yönəldib. Gənclərə xüsusi diqqət ayıran ulu öndərimiz Heydər Əliyev bizlərə müraciətində belə bildirmişdir׃ “Siz, Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır.” Və həmin tarix torpaqlarımızın bütövlüyü ilə gəlib yetişdi.

Biz gənclər ölkənin hər bir sahəsində uğurlu bir gələcək üçün hər zaman savadlı, müasir düşüncəli, vətənpərvər, ləyaqətli bir gənc, bir vətəndaş kimi yetişməliyik.

"2 fevral-Gənclər Günü" münasibətilə bütün Azərbaycan gəncliyini təbrik edirəm, hər zaman Vətənə, millətə, dövlətə sadiq olmağımızı arzulayıram!

Elnurə Cəfərzadə - "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin icraçı direktoru
Xəbəri paylaş