Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş prokuror Saatlıda vətəndaşları qəbul edəcək

Baş prokuror Saatlıda vətəndaşları qəbul edəcək


Fevralın 9-da Baş prokuror Saatlıda vətəndaşları qəbul edəcək

Bu barədə Newscenter.az-a Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror Kamran Əliyev cari il fevralın 9-u saat 10:00-da Saatlı Rayon Prokurorluğunun inzibati binasında Saatlı, Sabirabad, Biləsuvar və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Saatlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Mehman Mehdiyev
Xəbəri paylaş