Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir sıra ölkələr Ermənistandan siyasi alət kimi istifadə edir

Bir sıra ölkələr Ermənistandan siyasi alət kimi istifadə edir


“Son zamanlar bəzi antiAzərbaycan qüvvələrin ölkəmizə olan təzyiqləri onu deməyə əsas verir ki, Ermənistan da həmin qüvvələrin əlində bir alət olaraq Azərbaycanla sülh müqaviləsinin imzalanmasına əngəl yaradır. Sözügedən ölkədə konstutisiya dəyişiklikləri imitasiyası da məhz buna hesablanıb”.

Bu fikirləri Newscenter.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov səsləndirib. O bildirib ki, halbuki regionda sabitlik, təhlükəsizliyin təminatı üçün sülh müqaviləsinin imzalanması vacibdir və əsas prioritetlərdən biridir:

“Hər halda Azərbaycanın mövqeyi bundan ibarətdir və fəaliyyətini bu istiqamətdə qurub. Ancaq Ermənistan da öz növbəsində məsələyə bu formada yanaşmalıdır. Ancaq təəsüf hissi ilə qeyd etmək istərdim ki, Ermənistan fəaliyyətini həmin kontekstdə qurmayıb və pozuculuq əməlləri ilə məşğuldur”.

Ramil Hüseynov deyib ki, bu məsələdə bir sıra ölkələr Ermənistandan bir siyasi alət kimi istifadə edərək regionda sülhün əldə edilməsinə mane olmağa çalışırlar:

“Açığını demək lazımdır ki, sülh müqaviləsinin imzalanması bu gün Azərbaycandan daha çox Ermənistana lazımdır. İkinci Qarabağ müharibəsindən sonra bu ölkədə sosial-iqtisadi vəziyyətin daha da ağırlaşması zəruri edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayaraq regional layihələrdə iştirak imkanı qazansın. Beləliklə də bu ölkənin sosial-iqtisadi vəziyyəti yaxşılaşsın. Əgər Ermənistan kənar təsirlərə məhəl qoymayıb müstəqil siyasət həyata keçirsə. O zaman sülh müqaviləsinin imzalanması tezləşə bilər”.

Süleyman
Xəbəri paylaş