Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bişkek İES-də baş verən qəzanın səbəbi bilindi

Bişkek İES-də baş verən qəzanın səbəbi bilindi


Qırğızıstanın paytaxtı Bişkekdə İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzanıın ilkin səbəbi bəlli olub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Sadır Cəfərov deyib. Prezident Sadır Japarov Bişkek İES-də qəzaya kömürün səbəb olma ehtimalı üzzərində dayandıqlarını ifadə edib6

"Şabırkol kömürünü keçən il almışıq. Onun kalorililiyi 5500 Kkal/kq-dır. Ola bildin ki, kömürün yüksək temperaturda yanması nəticəsində qəza baş verib".

Ölkə rəhbəri vəziyyətin ağır olduğunu deyib və İES-in tam təmir ediləcəyini bildirib.

Xatırladaq ki, fevralın 2-nə keçən gecə Bişkek İstilik Elektrik Stansiyasında qəza və partlayış baş verib. Nəticədə şəhərə istilik və isti suyun verilməsində fasilələr yaranıb. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya işləyir. Partlayış nəticəsində 5 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Mehman Mehdiyev
Xəbəri paylaş