Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan konstitusiya dəyişikliyi adı altında vaxt qazanmaq istəyir

Ermənistan konstitusiya dəyişikliyi adı altında vaxt qazanmaq istəyir


"Ermənistan konstitusiya dəyişikliyi adı altında bir az da vaxt qazanmaq istəyir. Keçiriləcək referendumun nəticəsinin nə olacağı bəlli deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, qarşıya qoyulan nəticə alınsa belə, bunun Azərbaycan üçün əhəmiyyəti yoxdur:

"Ermənistan konstitusiyasını qonşularla sülh şəraitində yaşamaq üçün dəyişdirisə, bu, onların daxili işləridir. Bu dəyişikliklər gələcək üçün Ermənistana lazımdır. Azərbaycan və Türkiyə ilə əlaqələrin yaratmaq da Ermənistana lazımdır. Hesab etmək olar ki, ediləcək konstitusiya dəyişikliyi ilə Ermənistan səhvlərini dərk edib".

Politoloq onu da deyib ki, Ermənistan qonşu dövlətlərin torpaqlarına iddia etməyin nəticələrini görüb:

"Bunun yanlış olduğunu da başa düşüb. Amma erməni toplumunun buna nə reaksiya verəcəyini referendumun sonunda görəcəyik. Əgər qeyd edilən dəyişikliklər baş tutmasa, həqiqət də bunun bir oyun olduğu və sülhə doğru atılan addımları pozmaq, danışıqlara əngəl olmaq məqsədi daşıdığı aydın olacaq. Əslində Paşinyan çox təhlükəli oyun oynayır. Nəticənin uğursuz olması durumunda Ermənistanın düşəcəyi durumun acınacaqlı olacağı mütləq olacaq. Bundan sonra sülhdən yox, müharibədən danışılacaq".

Süleyman
Xəbəri paylaş