Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İES-də baş verən qəzaya görə Qırğızıstanda məktəb və uşaq bağçaları bağlandı

İES-də baş verən qəzaya görə Qırğızıstanda məktəb və uşaq bağçaları bağlandı


İstilik Elektrik Stansiyasında də baş verən qəza səbəbindən Qırğızıstanın paytaxtı Bişkek şəhərində məktəblər və uşaq bağçaları bağlanıb.


Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Qırğızıstan" yayıb. Bişkek meriyasının yaydığı xəbərdə isə məktəblərdə dərslərin onlayn qaydada davam edəcəyi qeyd edilib. Məktəblərdə dərslər fevralın 6-dək onlayn qaydada davam edəcək.

Xatırladaq ki, fevralın 2-də səhər saatlarında Bişkekin istilik mərkəzində qəza baş verib, şəhərə istilik verilişində fasilələr yaranıb. Həmçinin, qəza zamanı 5 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti nisbətən ağır olduğundan xəstəxanaya yerləşdiriliblər.

Mehman Mehdiyev
Xəbəri paylaş