Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub, zərhərlənən var

Gəncədə yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub, zərhərlənən var


Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var.

Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospekti 197 mənzil 58 ünvanında qeydə alınıb.

Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Beş mərtəbəli binanın 3-cü mərtəbəsində olan 1 otaqlı mənzildə başvermiş yanğın söndürlüb. Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. Binada yaşayanlardan 10 nəfər təxliyə olunub.

Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Daha 1 qadına isə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş