Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərimizin böyük bir hissəsi Azərbaycan dövlətinin və xalqinin ən böyük arzularını reallığa çevirdilər

Gənclərimizin böyük bir hissəsi Azərbaycan dövlətinin və xalqinin ən böyük arzularını reallığa çevirdilər


Bu gün 2 fevral-Gənclər Günüdür. Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan gənclər ərazi bütövlüyümüzün bərpa olunmasında da misilsiz şücaətlər göstərdilər.

Newscenter.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev gənclərin ölkə həyatındakı əhəmiyyətli rolundan danışarkən deyib ki, gənclərimizin böyük bir hissəsi Silahlı Qüvvələrimizin tərkibində Azərbaycan dövlətinin və xalqinin ən böyük arzularını reallığa çevirdilər. Onun sözlərinə görə, Ali Bas Komandan İlham Əliyevin Bayrağımızı keçən il Xankəndidə qaldırılmasında və Azərbaycanın düşməndən qorunmasinda gənclərimiz müstəsna rol oynadi:

"Gənclərimiz Azərbaycan uğrunda şəhid olan övladlarımızın qişasını da düşməndən artıqlaması ilə aldilar. Gənclərimizin bundan sonra da Vətənimizin müdafiəsində ayıq-sayıq olacaqlari şübhəsizdir. Ali Baş Komandanımızın və əsasən Siz gənclərimizin sayəsində Azərbaycan xalqı bu gün qalıb xalqdir. Silahı Qüvvələrimizdə Vətənə sədaqətlə xidmət edən və Azərbaycan naminə yorulmadan çalışan bütün gənclərimizi təbrik edirəm".

Anar Əliyev
Xəbəri paylaş