Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadın polis bölmələri yaradılır

Qadın polis bölmələri yaradılır


Bundan sonra Qazaxıstanda qadın polislər də fəaliyyət göstərəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ilk qadın polis bölmələrinin yaradılmasına başlanılıb.
Karaqanda vilayəti administrasiyasının mətbuat xidməti bildirib ki, Temirtauda açılan qadın polis bölməsində bütün işçilər qadınlardan ibarət olacaq.

Qazaxıstanın Daxili İşlər Nazirliyi bildirib ki, əməkdaşlar yeni iş formatına keçid üçün əvvəlcədən hazırlanmalıdırlar. Bunun üçünsə qadın polis olmaq istəyənlər üçün xüsusi kurslar təşkil ediləcək.

Yaxın vaxtlarda Qazaxıstanın digər vilayətlərində də qadın polis bölmələrinin yaradılması nəzərdə tutulur.

Mehman Mehdiyev
Xəbəri paylaş