Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Özbəkistan Daşkənddə yeni texnopark tikir

Rusiya və Özbəkistan Daşkənddə yeni texnopark tikir


Daşkənddə Rusiya və Özbəkistan tərəfindən müştərək texnoloji park yaradılacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, “Eltech Industrial” adlanacaq texnoloji parkının yaradılması məqsədilə Daşkənddə Rusiyanın Klasterlər, Texnoparklar və XİZ-lər Assosiasiyası, eləcə də “Uzeltexanoat” assosiasiyası nümayəndələrinin işçi görüşü keçirilib.

Görüşdə strateji planlaşdırma və texniki sənədlərin, investisiya layihələrinin hazırlanması, texnoparkların rezidentləri üçün güzəşt və üstünlüklər müzakirə edilib.

Görüş nəticəsində assosiasiyalar daha sıx əməkdaşlığı inkişaf etdirmək, o cümlədən praktiki məsələlərin müzakirəsi üçün təkbətək görüş keçirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, 2022-ci ilin mart ayında Özbəkistanın Daşkənd şəhərində yüksək əlavə dəyərə malik neft-kimya və kimya məhsullarının istehsalının təşkil olunacağı Çirçik Kimya-Sənaye Texnologiyaları Parkının tikintisinə başlanılıb. Texnoparkın yaradılması Kazanın “Ximqrad” texnopolisi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

2023-cü ilin aprelində isə Özbəkistanın Cizzax vilayətində Rusiya şirkətlərinin iştirakı ilə kimya sənayesi texnologiyaları parkı açılıb. Keçən ilin oktyabr ayında Rusiyanın “Alabuqa” və “Magistr” texnoparklarının modeli əsasında respublikada daha iki sənaye parkının yaradılmasına dair razılıqlar əldə olunub.

Mehman Mehdiyev
Xəbəri paylaş