Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial fobiya nədir? -PSİXOLOQ İZAHI

Sosial fobiya nədir?


Son illər leksikunuumuza daxil olan sözlərdən biri də fobiyadır. Ancaq onu da qeyd etmək lazımdır ki, fobiya özü də müxtəlif cür olur. Günümüzdə ən çox bəhs edilən fobiyalardan biri də sosial fobiyadır. Bəs sosial fobiya nədir?

Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyib ki, sosial fobiyalar ətrafdakıların diqqət mərkəzində olmaq qorxusu ilə ictimai yerlərdən qaçmağa gətirib çıxaran hallardır. Onun sözlərinə görə, bu pozuntunun daha ağır formaları, adətən, özünün qiymətləndirmənin aşağı olması və tənqid olunma qorxusu ilə müşahidə olunur:

"Sosial fobiyalar üzün qızarması, əllərin əsməsi, ürəkbulanma və ya qeyri-iradı sidik ifrazı kimi əlamətlərin olması ilə özünü göstərə bilər. Hansı ki, xəstə bu ikincili əlamətlərdən birini əsas problem kimi qəbul edir".

Anar Əliyev
Xəbəri paylaş