Türkiyənin "Adana Dəmirspor" klubu qazaxıstanlı futbolçu ilə anlaşıb.
Newscenter.az "Sputnik Qazaxəstan"a istinadən bildirir ki, futbol üzrə "Astana"nın və Qazaxıstan millisinin hücumçusu Abat Ayımbetov bundan sonra Türkiyə klubunda oynayacaq. Artıq sözügedən klub futbolçu ilə müqavilə də imzalayıb. Müqavilə ilkin olaraq 1,5 il müddətinə bağlanıb.
Məlumat üçün qeyd edək ki, Qazaxıstan futbolçusu bundan əvvəl "Kayrat" və "Aktobe"də də çıxış edib. Hücumçu ötən mövsüm "Astana"nın heyətində 45 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
Oruc Niyazov