Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə avtobus qəzası, çoxlu sayda yaralı var

Türkiyədə avtobus qəzası, çoxlu sayda yaralı var


Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə İstanbulda, Şimali Mərmərə şossesinin Çekmeköy istiqamətində qeydə alınıb. Belə ki, sözügedən istiqamətdə hərəkət edən sərnişin avtobusu yük maşınına çırpılıb. Qəza zamanı avtobusda olan çoxlu sayda sərnişin yaralanıb. Zərbənin təsirindən sürücü və bir neçə sərnişin avtobusda sıxılmış vəziyyətdə qalıb. Onlar xilasedicilər və tibb işçiləri tərəfindən qurtarılıb. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Məlumata görə, sərnişin avtobusu Sivasdan İstanbula doğru hərəkət edirmiş.

Mehman Mehdiyev
Xəbəri paylaş