Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP cəmiyyətimizin siyasi avanqardıdır

YAP cəmiyyətimizin siyasi avanqardıdır


Növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Bu mərhələdə də hakim Yeni Azərbaycan Partiyası öz fəallığı ilə seçilir. Hakim partiya seçkilərin təşviqat mərhələsi başlayan gündən indiyə qədər paytaxt və regionlarda seçicilərlə yüzlərlə görüş keçirib.

Newscenter.az-ın xəbərinə görə, hakim partiyanın namizədi İlham Əliyevin təbliğat-təşviqat prosesində yaxından iştirak edən siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təbliğat-Təşviqat Qrupunun növbəti görüşü Nəsimi rayonunun ən fəal seçicilərindən sayılan Bakı Tikiş Fabrikinin nümayəndələri ilə oldu:

"Təşviqat kampaniyası çərçivəsində keçirdiyimiz görüşlər içərisində bu tədbirin xüsusi bir yeri vardı, tədbirin daha böyük coşgu, xüsusi fəallıq şəraitində keçməsi olduqca qürurverici idi. Görüşə gəlmiş yüzlərlə seçicinin yüksək əhval-ruhiyyəsi, hər birinin simasında sezilən fərəh və qürur duyğuları bu görüşə xüsusi rəngarənlik, əsil seçki bayramı ovqatı yaratdı".

Vaqif Abdullayev deyib ki, seçicilərin görüşə YAP Sədri, Ali Baş Komandan İlham Əliyevin portretləri ilə gəlməsi Cənab Prezidentə olan xüsusi məhəbbətinin ifadəsini nümayiş etdirirdi:

"Onlarla söhbət zamanı da bir daha əmin olduq ki, Bakı Tikiş Evinin işçiləri xalqımıza sevinc və fərəh hissləri yaradan, Qələbə bəxş edən, qürur və ləyaqətimizi bərpa edən Cənab Prezidentə, cəsur Ordumuza olduqca minnətdardılar, dərin sevgi və hörmətləri vardır. Bu kollektiv həm də Milli Ordumuzun arxa cəbhəsi sayıla bilər, burada çalışanları hərbçilərimizlə sıx bağlayan tellər çoxdur".

Vaqif Abdullayev, "Zəfərimizin qazanılmasında bu fabrikin kollektivinin də əməyi vardır. Əksəriyyəti qadınlardan ibarət olan Bakı Tikiş Evinin kollektivi Azərbaycanda Silahlı Qüvvələrin geyimlə təminatında xüsusi rol oynayır. Onlar 44 günlük müharibədə daha çox səfərbər olaraq, üçnövbəli iş rejiminə keçərək geyim təchizatını ən yüksək səviyyədə yerinə yetirdilər, arxa cəbhədə döyüşkən ruhla qəhrəmanlıq göstərdilər. Bakı Tikiş Evi bu cəsurluq və şücaətlə hərbçilərimizə arxa-dayaq oldular. Onların Ordumuzu təchiz etdiyi hərbi geyimlərin hər birində milli qələbəmizin nişanəsi vardır",-deyə bildirib.

Anar Əliyev
Xəbəri paylaş