2024-cü il, fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oglu Əliyevin seçkiqabagı təşviqat kampaniyası çərçivəsində fevralın 2-da Səbail rayonu, Yusif Məmmədəliyev 14 ünvanında “Milli İnkişaf” İB-nin üzvlərinin görüşü keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə təbligat qrupunun üzvü, “Milli İnkişaf” İB-nin sədri Arzuman Muradlı çıxış edərək Prezident İlham Əliyevin son 20 illik fəaliyyəti ilə bağlı seçicilərə geniş məlumat verib. Bildirib ki, Cənab İlham Əliyevin hakimiyyəti illərində ölkəmiz bütün parametrlər üzrə inkişaf edib, sosial-iqtisadi inkişafa, tərəqiyyə nail olunub, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdə mövqeləri kifayət qədər möhkəmlənib.
Arzuman Muradlı deyib ki, məhz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, zərgər dəqiqliyi ilə ölçülüb-bilçilmiş diplomatik gedişləri ilə Azərbaycan diktə olunan tərəfdən diktə edən bir ölkəyə çevrilib. Cənab İlham Əliyevin üstün siyasi keyfiyyətlərə malik bir dövlət başçısı olmaqla yanaşı, həm də müzəffər Ali Baş Komandan olduğunu deyən Arzuman Muradlı 44 günlük Vətən müharibəsi, eləcə də Qarabağdakı erməni separatçılarına qarşı həyata keçirilən antiterror tədbirlərini bunun əyani sübutu kimi göstərib. Çıxışının sonunda İctimai Birlik sədri görüş iştirakçılarını hamılıqla seçki məntəqələrə gedib qalib Azərbaycanın qalib Liderinə səs verməyə çagırdı.
Görüşdə Milli İnkişaf İB-nin üzvləri - Sevinc Sultanova, Emin Hacısoy, Südabə Sərvi, Xoşbəxt Məmmədova, Aliyə Mustafayeva, Mətin Cəfərov, Adigözəl Rəcəbov, Hüseyn Mahmudov, Şahin Cəfərov və başqaları çıxış edərək ötən 20 il ərzində İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə görülmüş işləri yüksək qiymətləndirdirərək fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səslərini cənab İlham Əliyeva verəcəklərini bildiriblər.
Sonda Milli İnkişaf İB-nin üzvləri Prezidentliyə Namizəd İlham Əliyevə dəstək müraciəti qəbul ediblər.
Süleyman