Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Türkmənistandakı səfirliyində seçki məntəqəsi yaradılıb

Azərbaycanın Türkmənistandakı səfirliyində seçki məntəqəsi yaradılıb


Azərbaycanda fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq Türkmənistandakı səfirlikdə seçki məntəqəsi yaradılıb.

Bu barədə Newscenter.az-a diplomatik nümayəndəlikdən məlumat verilib.

Bildirilib ki, Türkmənistan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkmənistandakı səfirlikdə yaradılmış 48 nömrəli seçki məntəqəsində, yerli vaxtla saat 08:00-dan 19:00-dək səsvermə hüquqlarını həyata keçirə biləcəklər.

Məntəqə seçki komissiyası prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır.

Məlumata görə, Türkmənistanda konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Səsvermədə iştirakla əlaqədar seçicilər məlumatlandırılıb. Eyni zamanda səfirliyin internet səhifəsində, sosial şəbəkələrdəki hesablarında elanlar yerləşdirilib.

Qeyd edək ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Sona
Xəbəri paylaş