Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülhdə səmimi olduğunu göstərmək üçün konkret addımlar atmalıdır

Ermənistan sülhdə səmimi olduğunu göstərmək üçün konkret addımlar atmalıdır


Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı bir sıra məsələlərlə yanaşı Azərbaycan-Ermənistan münasibətləri, ikinci Qarabağ savaşından sonra regiondakı vəziyyət, həyata keçirilən antiterror tədbirləri və o cümlədən də Fransanın timsalında bir sıra Avropa qurumlarının Azərbaycanla bağlı həqiqəti əks etdirməyən mövqeyi ilə bağlı mühüm açıqlamalar verdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra məhz Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olaraq çıxış etdiyini deyən ölkə başçısı bununla diqqəti növbəti dəfə Ermənistanın sülh istiqamətində konkret addımlar atmamasına və təkliflərimizə adekvat reaksiya veməməsinə yönəltdi.

Prezidentin açıqlamalarında diqqət çəkən vacib məsələlərdən biri Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edilməli olduğu ilə bağlı dedikləri oldu. Prezident açıq şəkildə bəyan etdi ki, Ermənistan Konstitusiyasında və müstəqillik aktında qonşulara qarşı ərazi iddiaları ilə bağlı olan müddəalar gələcəkdə təhdid yarada biləcək amillərdir və bunların aradan qaldırılması şərtdir. Həqiqətən də Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Odur ki, Ermənistan sülhdən səmimi olduğunu göstərmək üçün bununla bağlı konkret addımlar atmalıdır.

Prezident görüşdə digər vacib məsələyə, Avropa Şurası Parlament Assambleyasının addımlarına diqqət yönəldərək bu addmların dialoqa xidmət etmədiyini və bu cür təşəbbüslərin parlament platformasının ənənələri ilə ziddiyyət təşkil etdiyini dedi. Bununla bağlı Prezidentin AŞPA-ya xəbərdarlığı xüsusi olaraq diqqət çəkir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır deyən dövlət başçısı əks təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacağı ilə bağlı xəbərdarlıq etdi. Prezidentin bu bəyanatı Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqon ilə rəsmi görüşdə səsləndirməsi olduqca əhəmiyyətlidir. Çünki bu tip səfərlər beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir və cənab prezident də məhz belə bir görüşdə AŞPA ilə bağlı həqiqətləri çatdırmaqla həm də beynəlxaq birliyə mesaj vermiş oldu.

Yusif Bağırzadə-politoloq
Xəbəri paylaş