Dünya Etnospor Konfederasiyası ilə Dünya Alpagut Federasiyası əməkdaşlıq edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Dünya Alpagut Federasiyasının prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova verib. Millət vəkili bildirib ki, sözügedən idman qurumları arasında əməkdaşlıq məsələləri bu günlərdə tərəflər arasında baş tutan onlayn görüş zamanı müzakirə edilib.
"Dünya Etnospor Konfederasiyasının Üzvlərinin Əlaqələr üzrə rəhbəri Giulia Maniscalco, Konfederasiyanın baş katibi Abdulhalim Aksu, İdman və təşkilati əlaqələr Direktörlüğünun rəsmisi Azər Abdurrahman ilə onlayn formatda görüşümüz keçirildi. Dünya Alpagut Federasiyasının prezidenti olaraq mən, Federasiyanın vitse-prezidentləri Emil Rəhimov və Fərid Əlizadə, İdarə Heyətinin sədri Vasif Namazovun iştirakı ilə baş tutan görüş zamanı idman qurumları arasında arasında əməkdaşlıq məsələlərini müzakirə etdik",-deyə Jalə Əhmədova bildirib.
Süleyman