Azərbaycan Dəmir Yolları 2023-cü ildə öz vəsaitləri hesabına müxtəlif layihələrə 35 milyon manat investisiya edib.
Newscenter.az quruma istinadən bildirir ki, ötən il 16 km yolda rels dəyişdirilib, Keşlə, Biləcəri stansiyalarında, Yeni Suraxanı-Suraxanı, Yeni Suraxanı-Hövsan hissələrində 22 km yol əsaslı təmir olunub.
Həmçinin, keçən il Zirə limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub, Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən ilk dəfə bərpa edilməyə başlanıb.
Süleyman