Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir və konsert proqramı keçirilib

Özbəkistanda Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir və konsert proqramı keçirilib


2 fevral - Azərbaycanda Gənclər Günü münasibəti ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi ilə Daşkənddə tədbir və konsert proqramı keçirilib.

Newscenter.az xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin diplomatları, Özbəkistanda çalışan, yaşayan azərbaycanlılar, çoxsaylı gənclər, habelə Özbəkistan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirə Özbəkistanda azərbaycanlı seçicilər də aktiv qoşulublar.

İlk öncə tədbir iştirakçılarına Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Zəfərə gedən yol” adlı foto və kitab sərgisi təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq, həm Azərbaycanda, həm də Özbəkistanda gənclərə dövlətin böyük diqqət və qayğı olduğunu bildirib. Samir Abbasov əsası 1997-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanda Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib.

O, cəmiyyətimizin aparıcı qüvvəsi olan gənc nəslin yüksək səviyyədə, milli dəyərlərə uyğun yetişdirilməsinin dövlətimiz üçün vacib məsələlərdən olduğunu vurğulayıb. Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, Azərbaycan ordusu, gənclərimizin rəşadəti ilə ərazi bütövlüyümüzün tam təmin edildiyini qeyd edərək, söyləyib ki, hər bir gənc fəxr etməlidirlər ki, ərazi bütövlüyü təmin olunmuş, azad, sabit, tərəqqi edən, regionun lider dövlətinə çevrilən Azərbaycan dövlətinin vətəndaşıdır. O, ölkə başçısının ətrafında birləşərək, qarşıdan gələn Prezident seçkilərində hər bir vətəndaşımızı Azərbaycanın rifahı, sabitliyi, tərəqqisi və gələcək zəfərlərinə səs verməyə çağırıb.

Özbəkistan Gənclərlə İşlər Agentliyi beynəlxalq əlaqələr üzrə rəhbəri Maxfuza Artıkova, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycanın gənclər siyasətinin təqdirəlayiq və uğurlu olduğunu, Özbəkistanda da bu istiqamətdə dövlət tərəfindən mühüm işlərin həyata keçirildiyi qeyd ediblər. Natiqlər 2024-cü ilin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə ölkədə Gənclərə və biznesə dəstək ili elan olunduğunu vurğulayıblar.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova Özbəkistanla əlaqələrin son illərdə mühüm inkişafından danışaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində mühüm əməkdaşlıq platformasının yaradıldığını qeyd edib. Şəfəq Binnətova dünya azərbaycanlılarının həmrəyliyi və diaspor sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Çıxış edən azərbaycanlı gənclər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin nailiyyətləri, qazanılan uğurlar, əldə olunan zəfərlə fəxr etdiklərini bildiriblər.

Daha sonra 2 fevral gənclər günü münasibəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan bədii proqram təqdim olunub.

Tədbirin bədii hissəsində Azərbaycandan dəvət olunmuş beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Müdafiə Nazirliyinin nümunəvi Orkestrinin solistləri - gənc müğənnilər Kənan Qədimov və Aynur İsgəndərli Azərbaycan musiqilərini ifa etdilər.

Konsertdə Özbəkistanda azərbaycanlı müğənni Rəna Əzizova milli musiqilərimizi, Azərbaycan Mədəniyyət Mərkəzinin Kaykep Aliyeva adına rəqs ansamblı milli rəsqlərimizi ifa ediblər.

Süleyman
Xəbəri paylaş