Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pirallahı rayonunda seçicilərlə fərdi görüşlər keçirilib.

Pirallahı rayonunda seçicilərlə fərdi görüşlər keçirilib.


2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Pirallahı rayonunda seçicilərlə fərdi görüşlər keçirilib.

Newscenter.az xəbər verir ki, “Qapıdan-qapıya” kampaniya çərçivəsində 10 mənzildə 12 seçici ilə səmimi söhbətlər aparılıb.

Görüş zamanı vurğulandı ki, Azərbaycanın ən yeni tarixində və ictimai-siyasi həyatında silinməz izlər buraxan, sıraları ötən illər ərzində kəmiyyət və keyfiyyət baxımından günü-gündən zənginləşən Yeni Azərbaycan Partiyası bu günlərdə “Qalib xalqın qalib Lideri!” şüarı ilə ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edir. Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna uyğun daha da təkmilləşir, yeniləşir, tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, monolitliyi, dövlətə, xalqa xidməti fəaliyyətinin priotiteti kimi saxlayaraq yeni-yeni hədəflərə doğru inamla irəliləyir və lider-ideya-təşkilat triadasının ən samballı təzahürü kimi çıxış edir.

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində fəal olmağa və xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Anar Əliyev
Xəbəri paylaş