Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADU-nun tələbəsi beynəlxalq müsabiqənin qalibi olub

ADU-nun tələbəsi beynəlxalq müsabiqənin qalibi olub


ADU-nun tələbəsi İsveçrənin Sürix Universitetinin təşkil etdiyi beynəlxalq inşa müsabiqəsinin qalibi olub.

İsveçrənin Sürix Universitetinin təşkil etdiyi "Kibertəhlükəsizlik və Diplomatiya" mövzusunda inşa müsabiqəsinin nəticələri elan edilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, müxtəlif ölkələrdən on minə yaxın tələbənin, magistrantın və doktorantın iştirak etdiyi müsabiqədə ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dördüncü kurs tələbəsi Vüsal Hümbətzadə münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.

Nərgiz Əzizova
Xəbəri paylaş