kraynanın Luqansk vilayətinin işğal altındakı Lisiçansk şəhərində raket zərbəsi nəticəsində 28 nəfər ölüb, 10 nəfər yaralanıb.
Newscenter.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qondarma vilayət rəhbəri açıqlayıb.
Xatırladaq ki, ötən gün işğal altındakı Luqansk vilayətinin qondarma rəhbərliyi nəzarəti altındakı Lisiçanskda çörəkxanaya zərbə endirildiyini açıqlayıb. İşğalçı qüvvələr Ukraynanı ittiham edərək rəsmi Kiyevin HIMARS-dan istifadə etdiyini iddia edib.
Ukrayna ittihamlara cavab verməyib.
Qeyd edək ki, 2022-ci il iyulun 3-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Lisiçansk şəhərini zəb etdiyini açıqlayıb. Şəhər uğrunda davam etmiş döyüşlər ərzində yaşayış məntəqəsi qismən dağılıb. Savaşdan öncə 100 mindən çox əhalisi olan şəhərdə, Rusiya rəsmilərinin məlumatına görə, cəmi 40 minə yaxın insan qalıb.(report)