Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalq Hərəkatının üzvləri türkçülükdən danışsalar da həmişə irançı olublar

Xalq Hərəkatının üzvləri türkçülükdən danışsalar da həmişə irançı olublar


"Professor Cəmil Həsənlinin "Zamanın sınağında" kitabında xeyli maraqlı xatirələr var bu cür əsərlər nə qədər çox olsa yaxşıdır. Ancaq müəllif təcrübəli bir tarixçi kimi tərəf tutmamalı idi".

Newscenter.az xəbər verir ki, bu fikirləri Aydin Kərimov səsləndirib. Onun sözlərinə görə, Cəmil Həsənli 14 may 1992-ci il Ayaz Mütəllibovun, 04 iyun 1993-cü ildə Surət Hüseynovun tərəfdarlarının hərəkətini qiyam adlandırsa da, ancaq Xalq Cəbhəsinin 20 yanvar 1990, 06 mart 1992, 15 may 1993-cü il çevrilişlərini xalq hərəkatı kimi xarakterizə edib:

"Qorbaçovun Respublikaya verdiyi müstəqilliyi və xalqa verdiyi "Azadlıq" meydanını "Yurd"un və Xalq Cəbhəsinin xidməti kimi göstərir.

Elçibəy hakimiyyətinin Test uğurunu göstərsə də neqativləri, insanların "oblava" yolu ilə hazırlıqsız müharibəyə göndərilməsini, Elçibəyin və komandasının heç bir siyasi və idarəetmə qabiliyyətinin olmamasını, içki aludəçisi olduğunu (burda aşağılayıcı ton yoxdur, hər kəs içkidən. siqaretdən və s.-dən asılı ola bilər), dövlət strukturlarını yıxıb yerində heç nə qura bilməmələrini qeyd etmir".

Aydın Kərimov daha sonra yazır:

"Elmar Hüseynovun qətlindən yazsa da Ziya Bünyadov və Rafiq Tağıdan yazmayıb. Yəqin ki. bunun səbəbi Xalq Hərəkatının üzvləri türkçülükdən danışsalar da həmişə irançı, şiəçi olmalarından irəli gəlir. Necə ki, İran proyekti olan Taleh Bağırzadəni müdafiə edirlər".

Newscenter.az
Xəbəri paylaş