Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATUİAB Qazaxıstan iş adamları ilə əməkdaşlıq məsələlərini müzakirə edir

ATUİAB Qazaxıstan iş adamları ilə əməkdaşlıq məsələlərini müzakirə edir


Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) özbək iş adamlarından ibarət heyətlə Qazaxıstana işgüzar səfər təşkil edib.

Bu barədə Newscenter.az-a məlumat verən ATUAİB-ın həmtəsisçisi və direktoru Ruslan İmanzadə deyib ki, qazax iş adamları ilə keçiriləcək görüşlərdə xalçaçılıq, yüngül metallurgiya, tekstil sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək:

“Eyni zamanda turizm sahəsində əməkdaşlıq əlaqələri ətrafında da fikir mübadiləsi aparılacaq”.

Ruslan İmanzadə deyib ki, 3 gün davam edəcək səfər çərçivəsində özbək iş adamları Qazaxıstanın Almatı şəhərində Qazax İş Adamları Birliyinin rəhbəri Zamenbek Suleymanovla görüş təşkil ediləcək:

“Həmçinin, Qazaxıstandakı türkiyəli iş adamları ilə də görüşlər nəzərdə tutulub”.

Süleyman
Xəbəri paylaş