“Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı nümayiş etdirilən qərəzli mövqeni açığı gözləmirdim. Çünki Azərbaycan Respublikası 20 ildən artıq bir müddətdə Avropa Şurasının bərabərhüquqlu üzvü kimi, Avropanın bir parçası olaraq qurum qarşısında götürdüyü bütün öhdəliklərə əməl edib. Buna rəğmən Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərar qərəzli və ədalətsizdir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, tarixçi Cahangir Hüseynov səsləndirib. O bildirib ki, Avropa region ölkələri arasında ədalətsiz seçim etmək əvəzinə, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına çalışsa, daha faydalı iş görmüş olar.
Cahangir Hüseynov, “Avropa Şurası ötən 30 ildə bir dəfə də olsun 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan, ərazisinin 20 faizi işğala məruz qalan Azərbaycana dəstək nümayiş etdirmədi, bütün bunları törədən Ermənistana qarşı hər hansı bir addım atmadı”,-deyə bildirib.
Süleyman