“Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində hər bir Azərbaycan seçicisi yüksək seçki fəallığı nümayiş etdirməli, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə etimadıını göstərməlidir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, tarixçi Cahangir Hüseynov səsləndirib. O bildirib ki, bu cür seçici fəallığı və Cənab İlham Əliyevə yüksək etimad Avropaya, dünyaya dərs olmalıdır:
“Dünya dövlətlərinə, Avropa Şurasına göstərməliyik ki, Azərbaycan məhz ulu öndər Heydər Əliyev siyasətinin davamçısı kimi İlham Əliyevə etimad göstərir, Ona inanır və Onu yenidən prezident görmək istəyir. Mən buna əminəm və 7 fevral seçkilərinin nəticələrinin də məhz belə olacağına inanıram”.
Anar Əliyev