Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bizim seçimimiz Cənab Prezident İlham Əliyevdir”-RAQİF ABBASOV

"Bizim seçimimiz Cənab Prezident İlham Əliyevdir”-RAQİF ABBASOV


“Növbədənkənar prezident seçkilərinə sayılı günlər qalır. Müstəqilliyimizin, ərazi bütövlüyümüzün tam bərpasından sonra Azərbaycanda ilk prezident seçkiləri keçirilir. Tarixi, həm də hər bir vətəndaşımız üçün çox önəmli bir gündür”.

Bu fikirləri Newscenter.az-a Bakı Şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi, əməkdar bədən tərbiyəsi işçisi Raqif Abbasov 7 fevral növbədənkınar prezident seçkilərindən danışarkən səsləndırib. O bildirib ki, hər bir Azərbaycan seçicisi öz vətəndaşlıq borcunu yerinə yetirərək seçkilərdə fəal iştirak etməlidir:

“Xüsusən, gənclər, əsas eribarilə də ilk dəfə səs verən gənclərimiz, canları bahasına ərazi bütövlüyümüzü bərpa edən şəhidlərimizin övladları, qazilərimiz bu prosesdə fəal olmalıdırlar. Bu tarixi hadisə bizi Dəmir Yumruq olaraq birləşdirib dünyaya yeni mesajımızın verilməsi üçün çox önəmlidir”.

Raqif Abbasov deyib ki, bu gün Azərbaycana növbəti iftiralar, təzyiqlər müqabilində Azərbaycan vətəndaşı öz konstitusion hüquqlarından istifadə etməklə müstəqilliyin, ərazi bütövlüyünün ən önəmli olduğu məqamı nəzərə alaraq seçkilərdə fəal iştirak etməlidir:

“Bu seçkilərin mahiyyəti həm də ondan ibarətdir ki, Azərbaycanda yeni dönəmin təməli qoyulur. Ölkəmiz müasir dövrün tələblərinə uyğun çağırışlara, Azərbaycanın yeni ideoloji təfəkkürünün formalaşmasına, qarşıda duran yeni çağırışlara doğru gedəcək. Cənab Prezident İlham Əliyevin bir müddət bunan əvvəl yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə, eyni zamanda Azərbaycan dövlətinin XXI əsrin çağırışlarına uyğun olaraq vətəndaş mövqeyimizi ortaya qoymalı, Azərbaycan vətəndaşı olaraq bu qalibiyyəti, zəfərləri yaxınlaşdırmalıyıq”.
Raqif Abbasov onu da deyib ki, Azərbaycan bu seçkilərdən sonra yeni prioritet istiqamətlərini açıqlayaraq və Cənab Prezidentin siyasətinə dəstək verərək regionda və dünyada rolunu, nüfuzunu, çəkisini daha da artıracaq və dünya da bunu hiss edəcək:

“Bu il ölkəmizdə COP29 beynəlxalq tədbirinin keçirilməsi məhz bunun sübutudur. Sözügedən beynəlxalq tədbir yeni dönəmin ilk beynəlxalq tədbirlərindən biridir”.

Sabiq idarə rəisi, “Əminliklə deyə bilərik ki, Azərbaycan ictimaiyyəti hər zamankı kimi bu seçkilərdə də fəal olacaq. Əminliklə deyə bilərəm ki, idman cameəsi, gənclərimiz, Azərbaycan vətəndaşlarının, paytaxtda, iri şəhərlərdə, bölgələrdə yüksək əhavl-ruhiyyə ilə seçkilərə qatılmasının şahidi olacağıq. Bu yolda Azərbaycanımıza uğurlar arzu edirik. Bizim seçimimiz Cənab Prezident İlham Əliyevdir”,-deyə vurğulayıb.
Süleyman
Xəbəri paylaş