Qırğızıstanda böyrək transplantasiyası əməliyyatı pulsuz həyata keçiriləcək.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bununla bağlı prezident Sadır Japarov xüsusi tapşırıq verib. Dövlət başçısı bunun yalnız ehtiyaclı insanlar üçün keçərli olacağını bildirib.
Səhiyyə naziri Alımkadır Beyşənəliyev deyib ki, 50 pulsuz əməliyyat keçirilməsi planlaşdırılır:
"Ancaq bu yaxınlarda keçirilən əməliyyatdan sonra prezidentlə danışdım. Dedi ki, hemodializ alan 2500 xəstənin hamısı pulsuz əməliyyat olunmalıdır".
Qeyd edək ki, böyrək transplantasiyası əməliyyatı üçün dövlət hər xəstəyə 620 min som və ya 7,5 min dollar xərcləyir.
Mehman Mehdiyev