Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektron siqaretlər qadağan ediləcək

Elektron siqaretlər qadağan ediləcək


Qırğızıstanda elektron siqaretlərə tam qadağa qoyula bilər.

Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bununla bağlı məsələ Qırğızıstan parlamentində müzakirə ediləcək. Sözügedən təklifi deputat Şairbek Taşiyev irəli sürüb və bununla bağlı qanun layihəsi hazırlayıb.

Qanun layihəsində elektron siqaretləri qaçaqmal yolu ilə ölkəyə gətirənlər üçün də cəza müəyyən edilib. Belə ki, qanun layihəsində qaçaqmalçılıq yolu ilə Qırğızıstana elektron siqaretlər gətirənlər üçün 150-200 min som və ya bir ildən iki ilədək həbs cəzası nəzərdə tutulub.

Deputatın hazırladığı sənəd ictimai müzakirəyə çıxarılıb.

Anar Əliyev
Xəbəri paylaş