Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin siyahısı 81-ə çatdırılıb

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin siyahısı 81-ə çatdırılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Newscenter.az[/b] nazirliyə istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində Nazirlik tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”nda və “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsinə dair təkliflər hazırlanıb.

Təkliflərdə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısına əlavə edilməklə və ÜST-nın təsnifatına uyğun qruplaşdırma aparılmaqla, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının 57-dən 81-ə çatdırılması nəzərdə tutulur.

Siyahıya əlavə olunması təklif edilən növlərin sırasına gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), tutacaq (kiçik əşyaları götürmək üçün), yıxılma detektorları, daşına bilən panduslar, sanitar qovşaq və hamam otaqları üçün tutacaqlar, hopdurucu bez və mələfə, ayaq əyriliyi breketləri, fərdi həyəcan siqnalizasiya sistemləri, brayl əlifbası ilə yazılmış saat, brayl sistemi ilə yazı üçün cihaz və s. daxildir.

Xatırladaq ki, bundan əvvəl, 2020-ci ildə Nazirliyin təklifləri əsasında həmin siyahıya 23 reabilitasiya növü də daxil edilərək, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb.

[b]Sona
Xəbəri paylaş