“Millətimiz həqiqətən də dərin böhran içindədir və heç bir şəkildə buna məhəl qoymamaq mümkün deyil. Bu bir növ xəstəlikdir”.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu Ermənistanın ictimai-siyasi xadim Avetik Çalabyan deyib. Onun sözlərinə görə, həmin xəstəliyi müalicə etmək üçün ilk növbədə onun mövcudluğu faktını qəbul edib düzgün diaqnoz qoymaq lazımdır:
“Əminəm ki, biz bu böhrandan əlimizdə olan ən yaxşı fərdlərə və qurumlara, obrazlı desək, milli orqanizmimizin sağlam hissəsinə arxalanaraq çıxacağıq. Buna görə də işimizi daha əzmlə davam etdirməliyik. Eyni zamanda uğur qazanmağın daha təsirli və səmərəli yollarını tapmalıyıq”.
Mehman Mehdiyev